Təlimin qısa təsviri
Qazlar iş yerlərində əsas təhlükələrdən biridir. Onların miqdarına və ya səviyyəsinə nəzarət edilməsə bu iş yerlərində zəhərlənmə, boğulma və ya partlayış hallarına gətirib çıxara bilər. Ona görə də oksigen və digər qazların səviyyəsi qəbul olunan səviyədə saxlanılamalı və onlara daima nəzarət olunmalıdır.
Təlimin məqsədi
Təhlükəli atmosferi təşkil edən partlayıcı,alışan,zəhərli, boğucu qazlar, onların növləri, əsas xüsusiyyətləri, oksigenin azlığı və çoxluğu və bunların səbəb olduğu təhlükələr, bu təhlükələrin risklərinə nəzarət tədbirləri barədə məlumatlandırmaq
Qapalı sahə, onunla bağlı və digər ərazilərdə qaz testini və ya yoxlamasını necə aparmaq
İş yerlərində qaz təhlükəsizliyini təmin etmək üçün işin təhlükəsizlik sisteminə riayət etmək barədə məlumatlandırmaq
Təlim kimlər üçün nəzərdə tutulub
İş yerlərində qaz təhlükəsi mövcud olan bütün işçilər üçün
Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:
Qaz təhlükələri
Təhlükəli atmosfer
Qaz testi və onun aparılması
Qaz təhlükələrinə nəzarət
Mövzular:
Giriş
Ümumi Məlumat
Qaz Testi nədir və nə üçün aparılır?
Səlahiyyətli qaz yoxlayıcısı kimdir ?
İstifadə olunan terminlər
Qaz təhlükəsinin növləri
Təhlükəsiz Atmosfer nə deməkdir ?
Oksigenin çoxluğu və azlığı təhlükəsi
Partlayıcı qazlar və alışan qazlar
Zəhərli və Boğucu qazlar
Qazların və buxarların sıxlığı
İş yerində təsir həddi və EH 40 sənədi
Qaz Detektorları, növləri və iş prinsipləri
Qaz yoxlamasının aparılması: qaz detektorlarından istifadə, onların kalibrasiyası, sıfırlanması və tətbiqi
Qapalı Sahədə qaz təhlükəsizliyi
İşin Təhlükəsizlik Sistemi
Təhlükə və Risk anlayışları
Riskin Qiymətləndirilməsi və Nəzarəti
COSHH (MSDS)
Fərdi Mühafizə Vasitələri
İşə İcazə (PTW)
İsti işlərdə qaz yoxlaması
Təlim müddəti: 1 gün
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur
Sertifikatın etibarlılıq müddəti: 3 il